Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərbaycanda aktyor olmağın əziyyəti çox, qazancı azdır”

65 Baxış

“Görürük ki, yaşlı aktyorlar işdən çıxarılır, sənətdən gedirlər və s. O aktyor çörək yeməsin? Ac qalsın? Nə etsin? Məncə, aktyor səhnədə ölməlidir”.

Turanmedia.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında aktrisa Zülfiyyə Qurbanova deyib. O, incəsənət sahəsini vəfasız adlandırıb və işdən çıxarılan aktyorlardan söz açıb:

“İncəsənət çox vəfasız sahədir. Bu sahədə qayğısızlıq hər dövrdə olub. Nə qədər aktyor, aktrisalarımız var ki, haqsızlıqlarla üzləşirlər. İşdən çıxarılmalar və s. 70 yaşlı obrazı kim oynasın bəs? Məncə, aktyor səhnədə ölməlidir. Ona bir dəstə gül vermək də, ad günündə tort kəsmək belə diqqətdir. Onun özü belə qayğıdır. Sənət adamlarının maddiyyatdan daha çox, mənəvi qayğıya ehtiyacları var. Məndən soruşsanız ki, övladın olsa, gələcəkdə aktyor, aktrisa olmaq istəsə, icazə verərsənmi? Deyərəm ki, yox. İstəmərəm Azərbaycanda aktyor olsun. Əziyyəti, stresi çox, qazancı da az. Üstəlik vəfasızdır. Aktyor olmaq istəyirsə, xarici ölkələrdə ol. Azərbaycanda olma”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678