Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mədəniyyət naziri əvəzi: “Bəzi milli rəqs ritmlərinin itmə təhlükəsi var”

64 Baxış

“Bəzi milli rəqs ritmlərinin itmə təhlükəsi var”.

Turanmedia.az xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Milli Məclisdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün milli musiqi ritmləri və geyimlərlə bağlı standartlar yoxdur: “Nazirliyin bu sahədə əsas prioritetlərdən biri də milli standartlardır. Çünki bir müddət sonra olan-qalanımız da itəcək və biz milli musiqi ritmlərimizin kodunun nədən ibarət olduğumuzu bilməyəcəyik. Buna kənardan müdaxilələr müşahidə olunur. Bizim gözəl rəqslərimiz var ki, millətin xarakterini ifadə edir. Bu gün isə həmin milli rəqs ritmlərinin itmə təhlükəsi var. Çünki kənardan müdaxilələr var”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678