“Avroviziya”da bu il onlar da iştirak edəcək

Ukrayna adından Böyük Britaniyada keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin finalında çıxış edəcək qonaqların adları açıqlanıb.
Turanmedia.az axşam.az-a istinadən müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, siyahıda ukraynalı artistlər – “Kalush Orchestra” qrupu, Go-A, Camala, Tina Karol və Verka Serdüçka var.
Eyni zamanda, qonaqlar arasında “Avroviziya-2022”nin ikincisi Sem Rayder, 2019 və 2018-ci illərin qalibləri Dunkan Lourens və Netta Barzilay, İtaliyanın 2019 və 2022-ci il təmsilçisi Mahmud, İsveçin 2022-ci il təmsilçisi Korneliya Yakobs, İslandiyanın 2021-ci il təmsilçisi Dadi Freur və Böyük Britaniyanın 1993-cü il təmsilçisi Sonia olacaqlar.
Qeyd edək ki, müsabiqənin yarımfinalları 9 və 11 mayda, finalı isə 13 mayda keçiriləcək. Azərbaycanı “Avroviziya-2023”də “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edəcək.