Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ceyla Seyidova: Arzum bərpa olunan Füzulidə böyük bir konsert proqramı ilə çıxış etməkdir – FOTO+VİDEO

166 Baxış

Son 30 ildə ilk dəfə olaraq azad edilmiş, lakin tamamilə viran olunmuş Füzuli şəhərinin xarabalıqlarında sülh və xeyirxahlığa səsləyən ecazkar musiqi səsləndi. Füzuli rayonunda bir vaxtlar Mədəniyyət Mərkəzi olan binanın dağıntıları yaxınlığında Azərbaycanın Dövlət Simli Kvartetinin birinci skripkası Ceyla Seyidovanın Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa etdiyi barədə video dərhal populyarlıq qazandı.

Media.Az musiqiçi ilə azad edilmiş ərazilərə səfər təəssüratları barədə söhbət etdi.

C.Seyidova Füzuli bölgəsinə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərlə birlikdə getdiyini bildirdi. Onun sözlərinə görə, nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər müşayiət edib.

“Səfərin məqsədi beynəlxalq ictimaiyyəti ermənilərin Füzuli bölgəsinə vurduğu zərərin nəticələri ilə tanış etmək idi. Bu qədər yüksək şərəfə – Füzulidə çıxış edən ilk musiqiçi olmağıma görə çox şadam”, – deyə skripkaçı vurğulayıb.

İfa etmək üçün “Şindlerin siyahısı” filmindən bir kompozisiya, Fikrət Əmirovun “Bulaq başında” bəstəsini və Antonio Vivaldinin konsertinin üçüncü hissəsini seçən C.Seyidova musiqi ilə dünyaya hər şeyin yenidən bərpa ediləcəyi və buranın 30 il əvvəlki qaynar həyata dönəcəyi ismarıcını verdiklərini bildirib.

Vivaldi’s Four Seasons Summer gives hope and inspiration to ruined city of Füzuli. Symbolic end to our visit with diplomatic community to see #ISIS alike pillage and destruction of #Fuzuli city by #Armenia during three decades long occupation. @UNESCO pic.twitter.com/02FpZE2PuZ

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 22, 2020


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678