Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cavan qalmaq istəyi məşhur rusiyalı aktyorun ölümünə səbəb oldu – FOTO

179 Baxış

Rusiyalı məşhur müğənni və bəstəkar Dmitri Dunayev dünən vəfat edən dostu, aktyor Vitali Alşanskinin sirrini açıqlayıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Onun sözlərinə görə, “Briqada” serialının ulduzu onurğa sütunlarına hüceyrələrin yeridilməsi prosedurundan keçib.

“O, bunu mənə gizli şəkildə deyib. Həmişə gənc olmaq istəyirdi. Ona bir çox həmkarımın kök hüceyrələri səbəbindən dünyadan köçdüyü barədə xəbərdar etmişdim”, – deyə Dunayev bildirib.

Dostu əlavə edib ki, aktyor iynələrə görə həmişə belində ağrılar hiss edib və son aylarda isə davamlı olaraq korset taxıb.

Bəstəkar həmçinin Alşanskinin tənha bir insan olduğunu və heç vaxt heç kimin ona kömək etmədiyini vurğulayıb.

Xatırladaq ki, Vitali Alşanski fevralın 4-də evində ölmüş halda tapılıb. Məlumata görə, dostları onun evinə qonaq gəlib, amma qapını açan olmayıb. Bu dostlarına qəribə gəlib və onlar polisə xəbər veriblər. Hüquq mühafizəçilərin iştirakı ilə qapı açıldıqdan sonra isə Alşanski divanda huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası 52 yaşlı aktyorun öldüyünü elan edib.

Vitali Alşanski əsasən “Bumer”, “Mayor Qrom”, “Poliçeyskiy s Rublevki”, “Diversant”, “Briqada” kimi məşhur serial və filmlərdəki rolları ilə tanınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678