Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Beynəlxalq Muğam Mərkəzi Xocalı soyqırımına həsr olunmuş kompozisiya təqdim edib

167 Baxış

Fevralın 26-da Beynəlxalq Muğam Mərkəzi öz sosial hesabları üzərindən canlı olaraq Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan bədii-musiqili kompozisiya təqdim edib. 

Xocalı faciəsinə həsr olunan təqdimatda  ilk dəfə olaraq sözləri və musiqisi  BMM-nin solisti, tarzən Rəşad İbrahimova məxsus olan “Xocalı kompozisiyası” səsləndirilib.  

Canlı yayımda BMM-nin solistləri xanəndələr Elgiz Əliyev, Ayşən Mehdiyeva, Könül Məmmədlinin ifasında lirik –fəlsəfi məzmunlu muğamlarımız səsləndirilib. Ifaçıları tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Rəfael Əsgərov müşayiət ediblər. 

Layihəni qeyd edilən linkə keçid edərək izləmək mümkündür.

https://www.facebook.com/mughamcentre/


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678