Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səhnədə ölən Andrey Mironovun son sözləri açıqlandı – FOTO

180 Baxış

Moskva Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvindt aktyor Andrey Mironovun ölümündən əvvəl son sözlərini açıqlayıb.

Bu barədə o, “Moskovskiy Komsomolets”ə müsahibəsində söyləyib.

Şirvindt baş verənləri hələ də unutmadığını deyib:

“Riqadakı o dəhşəti də, onu qollarımda “Fiqaro”dan çıxarmağımı da… hər şeyi dünənki kimi xatırlayıram. Həmin vaxt keçirdiyim hisslərimi də xatırlayıram, onun son sözlərini də – “Şura, başım…”. Bu isə 34 il əvvəl baş verib”, – teatrın rəhbəri olanlar barədə danışarkən bildirib.

Qeyd edək ki, Şirvindt 1987-ci ildə Riqaya qastrola gedən Mironovla bir yerdə olub. Artist elə Riqa Operasının səhnəsində huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan aktyora beyin qanaxması diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, Mironovun həyatını xilas etmək mümkün olmayıb; o, iki gün sonra 47 yaşında vəfat edib.

Mironov anadangəlmə anevrizmadan əziyyət çəkirdi. Bu xəstəliyin olması halında, uzun müddət davam edən fiziki fəaliyyət qəti şəkildə əks göstərişdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678