Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin azərbaycanlı rəqqası təltif etdi

165 Baxış

Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 6 aprel 2021-ci il tarixli fərmanı ilə Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsinin baş xoreoqrafı, dünya şöhrətli rəqqas Eldar Əliyev Rusiyanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. O, dünyanın 40-dan çox teatr səhnəsində çıxış edib.

Eldar Əliyev bu günədək məsləhətçi, xoreoqraf, baletmeyster kimi Buenos-Ayres, Sidney, Seul, Şanxay, Pekin, Banqkok, Madrid, Berlin, Ottava, Roma teatrlarında dünya klassikasının bir sıra nümunələrinin tamaşaya qoyulmasında iştirak edib.

40-dan çox ölkədə qastrol səfərlərində olan sənətkar Vaşinqtondakı Kennedi Mərkəzi, Nyu-Yorkdakı Metropolitan Opera, Paris Opera, Roma Opera, Milandakı La Skala, Kovent Qarden, Kolizey, Sidney Opera teatrları daxil olmaqla ən nüfuzlu səhnələrdə çıxış edib, geniş tamaşaçı kütlələrinin rəğbətini qazanıb. 

Eldar Əliyev 2016-cı ildə Mariinsk Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin olunub. O, ötən il Mariinski Teatrının Primorsk və Sankt-Peterburq səhnələrində dahi bəstəkar Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin yeni quruluşunun müəllifi və quruluşçu baletmeysteri olub. Tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xoruna Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev rəhbərlik edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678