Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağır xəstəliyə tutulan məşhur türkiyəli aktrisa oynadığı serialdan ayrıldı – FOTO

155 Baxış

Türkiyənin məşhur aktrisası Canan Ergüder süd vəzi xərçənginə tutulduğu üçün baş rolunu oynadığı “Menejerimi ara” serialından ayrılıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Kimya terapiyasına başlayan aktrisa çəkiliş meydanından çəkdirdiyi fotoları özünün “Instagram” hesabından paylaşıb.

“Bəzən izlədiyimiz yol gözlənilməz bir dönüşə səbəb ola bilər. Əhəmiyyətli olan çox sarsılmadan axına tabe olmaqdır. Bildiyiniz kimi, səhhətimlə əlaqədar bir müddət işimə ara verirəm. Bu axşam “Menejerimi ara”da oynadığım son bölüm olacaq. “Feris Dikmen”lə vaxtsız vidalaşmaq mənim üçün çətin olsa da, onu oynaya bilmək çox xoş idi”, – deyə Ergüder bildirib.

Pərəstişkarları bu xəbərdən çox kədərlənərək, onun tezliklə sağalmasını diləyiblər.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678