Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hollivud ulduzu toy borcuna görə döyülüb – FOTO

151 Baxış

Amerikalı aktyor Maylz Teller Havay adalarında istirahət zamanı hücuma məruz qalıb.

Bu barədə TMZ öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, naməlum şəxslər ulduzu “Monkeypod Kitchen” restoranının ayaqyolunda döyüblər.

İnsayder bildirir ki, münaqişəyə səbəb aktyorun toy mərasimini təşkil edən Maui  şirkətinə borclu qalması olub.

Hücumçulardan birinin xanımı 2019-cu ildə model Kelli Sperri ilə evlənən atyorun toy mərasimini təşkil edənlərdən olub.

Hadisə şahidlərinin sözlərinə görə, Tellerə hücum edənlər cütlüyün 60 min dollar borcları qaldığını xatırladıb.

34 yaşlı aktyor ciddi travma almayıb.

Aktyorun arvadı hücumun toya görə olduğunu inkar edir.

Qeyd edək ki, Teller “Divergent”, “Whiplash”, “War dogs”, “Only the Brave”, “Fantastic Four” və “The Spectacular Now” filmlərdəki rolları ilə tanınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678