Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zərrin Özər intihara cəhd edib? – Meneceri iddialara cavab verdi

126 Baxış

“Zərrin Özər 15 gündür intensiv işləyir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu türkiyəli müğənninin meneceri Haluk Şəntürk Zərrin Özərin intihara cəhd etdiyi barədə yayılan məlumatları şərh edərkən deyib

O müğənninin intihar etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Menecer Özərin iti öldükdən sonra ciddi sarsıldığını deyib.

İntihar xəbərlərinin yayılmasına səbəb Z.Özəri xəstəxanaya gətirən qohumunun həkimə müğənninin 10-15 dərman qəbul etməsini deməsi olub.

Qeyd edək ki, Z.Özər noyabrın 27-də xəstəxanaya yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678