Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkəmizdə film çəkilişi zamanı qeydə alınan FOTO TƏNQİD OLUNDUÖlkəmizdə film çəkilişi zamanı qeydə alınan FOTO TƏNQİD OLUNDU

154 Baxış

Bu foto ölkəmizdə film çəkilişi zamanı qeydə alınıb. Azərbaycanda Qarabağa aid film çəkmək istəyənlər öncə bu mənzərəni aradan qaldırmağı bacarmalıdırlar. Ölkədə kino sənayesi elə bir vəziyyətdədir ki, boşluqları məhz bu cür mənzərələr doldurub.

 

Hazırda Azərbaycan kinolarında “kupça”, maşın, ev davası gedir. Filmlərimiz məişət çərçivəsindən qurtula bilmir.

 

Biz nə vaxt üfunət dolu məişət üslubundan, mətbəx təfəkküründən kənara çıxacağıq? Axı istədin-istəmədin bu filmlər insanların evinə daxil olur, onların menyusuna çevrilir. İnsanlara nə veririksə, onu da yeyirlər.

 

Qarabağa aid film çəkmək istəyənlər elə düşünürlər ki, çəkiləcək film bütövlükdə Qarabağ həqiqətələrini özündə ehtiva etməlidir. Yanlış yanaşmadır! Olmaz!

 

Məsələn, “Şərikli çörək” filmində İkinci Dünya Müharibəsinin gətirdiyi aclıq, bir tikə çörəyin insan həyatındakı rolu necə də qabarıq təsvir edilir. “Tütək səsi”ndə müharibədə əri öldürülən qadınların halı, onların namusunun qorunmasının vacibliyi önə çəkilir, kəndlərdəki ağır əmək şəraiti bütün çılpaqlığ ilə göstərilir. “Bizim Cəbiş müəllim”də arxa cəbhənin qəhrəmanı – Cəbiş müəllimin timsalında adi bir sabunun əhəmiyyəti qlobal mövzu kimi önə çəkilir. Sanki müharibəni həm də sabun bişirənlər qazanıblar. İstənilən halda və bütün filmlərdə hamı faşistlərə lənət oxuyurlar.

 

Qarabağla bağlı filmləri də ayrı-ayrı istiqamətlər üzrə işləmək lazımdır. Bu dünya təcrübəsində də belədir. Kifayət qədər nümunələr də var. Belə çıxır ki, biz 50 ildir yol gəlirik, ancaq hələ də Cəbiş müəllimə çata bilməmişik.

 

Ən vacib məsələlərdən biri: Qarabağa aid ciddi film çəkmək üçün kinorejissorlun dahiliyi, ssenarinin möhtəşəmliyi də hər şeyi həll etməyəcək. Bu filmin ideyası üzərində öncə siyasi texnoloqlar, ideoloqlar və alimlər işləməlidirlər.

Verilən mesajlar bütün tarixi dövrlər üçün keçərli olmalı və təkcə ölkəmizin sərhədləri ilə məhdudlaşmamalıdır, bəşəri əhəmiyyət kəsb etməlidir. Qarabağa aid istənilən nüans kinolar vasitəsilə milli mətbəximizdən beynəlxalq mətbəxə daşınmalıdır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678