Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir müavini yaylaq festivalındakı narazılıqlardan danışdı

102 Baxış

“Milli Yaylaq Festivalında 120 minə yaxın iştirakçı oldu. Məncə çox böyük uğurla keçirildi. Mədəniyyət Nazirliyi festivalın bədii tərtibatı ilə məşğul oldu”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Bilirsiniz ki, bu, yüksəklikdə baş verən hadisədir və nəzərə almalısınız ki, orada 2 ay əvvəl otdan başqa heç nə yox idi. Təbii ki, açıq havada təbiətin qoynunda tədbir təşkil etmək çox çətin məsələdir. Sizi inandırım ki, sizin fikirləşə bilməyəcəyiniz o qədər məsələlər ortaya çıxıb. 120 min insan üçün infrastruktur yaratmaq asan məsələ deyil. Kifayət qədər mürəkkəb, kompleks bir tədbir idi. Düşünürəm ki, Azərbaycanda bu miqyasda keçirilən nadir tədbirlərdən biri idi. Fikrimcə, bu mərhələni çox uğurla yerinə yetirdik. Tədbirdəki dəyişikliklər düşünürəm ki, hava şəraiti və xaricdən gəlmiş qonaqların cədvəllərində olan dəyişikliklərlə bağlı idi. Bunlar obyektiv səbəblərdən baş verən hadisələr idi”,- deyə nazir söyləyib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678