Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rüşdiyə görə “Harri Potter”in yazarı ölümlə hədələndi

93 Baxış

Hindistan əsilli Britaniya yazıçısı Salman Rüşdiyə bıçaqla hücumu tənqid edən dünya şöhrətli yazıçı Coan Roulinq ölümlə hədələnib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, Roulinq Rüşdiyə hücumu tənqid edib və sosial media hesabında yazıb:

“Bu, dəhşətli xəbərdir. İndi özümü çox dəhşətli hiss edirəm. Onun yaxşı olduğuna əmin olun”.

Roulinqin paylaşımı üzərinə “Meer Asif Asiz” adlı Tvitter istifadəçisi Roulinqə “Narahat olma, növbə sənindir” cavabını verib. Roulinq həmin şəxsdən gələn təhdid mesajlarını sosial media hesabında paylaşaraq, polisin bu təhdidlərə cavab verəcəyini bildirib.

“Biz onlayn təhlükə barədə məlumat almışıq və məmurlar araşdırma aparır”, – polisin açıqlamasında deyilir.

Bildirilib ki, “Meer Asif Asiz” adlı Tvitter istifadəçisi də Rüşdini bıçaqlayan hücumçunu tərifləyən mesajlar dərc edib, daha sonra o, Roulinqə göndərdiyi təhdid mesajını silib.

Britaniyalı yazıçı Roulinq 1997-ci ildə yazdığı “Harri Potter” kitab seriyası ilə tanınır. 57 yaşlı Roulinqin 7 seriyalı “Harri Potter” kitabı da film seriyası olaraq dünyada ən populyar əsərlər sırasındadır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678