İlk həyata keçən Sıxma Ürəyimi adlı bəstəm olub

Kübarə Bayramova Elman qızı. 24.08.1976. Baki şəhərində anadan olmusam. Əslən Qərbi Azərbaycanın Vedibasar mahalındanam. Atam 1948-ci ildə oradan köçənlərdəndir. Abbasqulu Ağa Şadlınskinin nəslinndənik. 1983-cü ildə 95 saylı orta məktəbə daxil olmuşam. 1989-cu ildə 1 saylı musiqi məktəbinin fortepiano bölməsinə. 1993-cu ilde isə Bakı Dövlət Universitetinə daxil olmuşam. Bəstəkarlığa ta uşaqlıqdan başlamışam. İlk həyata keçən *Sıxma ürəyimi* adlı bəstəmi 18 yaşım olanda bəstələmişdim. Nə biləydim ki, illər sonra həmin mahnını öz oğlum ifa edəcək. Ondan sonra sözleri Rauf Qəribə aid olan ən gözəl bəstəm “Hardasan indi” hansı ki, məhşur olan Ata ocagi serialının sound trackı oldu. Daha sonra Sənsiz, Fərhat ilə Şirin, Yaralı, Sultanım, sözləri Ətayə xanıma aid olan Bəlkə də, İnsafsız, Qəmliyəm adlı mahnıları bəstələmişəm. Hələ neçə neçə bəstələrim öz sahiblərini gözləyir. Uşaqlıqdan arzum müğənni olmaq olub. Lakin atam evin tək, yeganə övladı olduğum üçün razılıq vermirdi.
Kübra xanım keçmişə dönərək xatirələri yad edərək bunları söylədi”6 yaşım olanda İslam Rzayev Şövkət Ələkbərova atama çox dedilər və bu qızı bizə, onun istəyi var. Gələcəyi gözəl ola bilər. Razı olmadı ki, olmadı..Artiq 17 yaşım vardı, istedad içimdə qaynıyırdı.O vaxtlar bir müsabiqə vardı 7/17,Atam gördü ki, mənimlə bacara bilmir. Elə hey evdə oxuyurdum, oynuyurdum.Artıq Universitetde təhsil alırdım. Müsabiqə elan olunanda atama yalvardım. Apar məni görərsən mən keçəcəm. Yaxşı dedi və apardı.Bəli getdik, düz 2000 yarışmaçıdan cəmi 8 nəfər seçdilər. Onlardan biri mən idim.Çox xoşbext idim. Artıq səhnənin bir addımlığındaydım. Amma o arzumda çox keçmədi ki, ürəyimdə qaldı.Həyat yoldaşımla bir birimizi sevirdik. Şad xəbəri ona söyləyəndə mənə bərk qəzəbləndi.Ya mən, ya oxumaq dedi, və mən ən böyük arzumun üzərindən xətt çəkdim.Bəli ailə qurdum.İki övladım dünyaya gəldi.Oğlum Nihat Melik Azərbaycanın tanınan sevilən müğənnisi Nihat Məlik mənim yarım qalan arzularımı həyata keçirtdi. Özümdə itib batan istedadı onda tapdım. Onun səsilə istedadı ilə ilhamlanmağa başladım. Yazdım, yaratdım, bəstələrim neçə neçə övladlar yetişdirdim. Təmənnasız onların səhnələrə ayaq açmaqlarına kömək oldum. Onların hər çıxışı, onlara edilən alqışlardan sevindim, fəxr etdim. Arzularımı onlarla həyata kecirtdim. İndi neçə neçə yetirmələrim var.Qızım isə Məlikli Neyjən Mədəniyyət tve İncəsənət Universitetinin Modelyer dizayner fakültəsinin ikinci kursunda təhsil alir.Bilmirəm mənmi etdim ya talehmi belə gətirdi övladlarım hər ikisi incəsənəti seçdi.Özüm isə hal hazırda artıq 12 ildir ki, Bakı şəhər baş idarəsi Xətai rayon Mədəniyyət Mərkəzində Quruluşçu hissə müdürü vəzifəsində çalışıram.