Konsert yox, açıq havada tədbir olub… – Şəbnəm Tovuzlu İsrail səfərindən danışdı

18 Baxış

Qəsdən Rusiya toyundan konsert adı ilə görüntülərimi yayırlar. Amma mən İsraildə konsert verməmişəm. Mənim Moskva toyumu düşmənlərim yayır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib.

O, müğənni Elvin Babazadə ilə İsrailə getməsini təsdiq edib:

“Bəli, biz İsrailə getmişik. O, konsert yox, açıq havada sadə tədbir idi. Qarabağa, şəhidlərə aid mahnımı ifa etmişəm. Orada ictimaiyyət, vəzifəli şəxslər də iştirak edib. Biz tədbirdən ödəniş almamışıq. Sadəcə biletimizin xərcini ödəyiblər. Qaytardığımız 3 min dolları bizə geri veriblər. Səhər gedib, axşam qayıtmışıq. Bizim öz soydaşlarımız da tədbirdə çox idi. Ayın 21-i mən İsraildə olduğum günü Şuşada da konsert keçirilirdi. Bütün xanəndələrimiz orada ifa ediblər. Şuşada konsert ola bilir, Şəbnəm heç yerə gedə bilmir? Niyə ora gedən müğənnilərə heç nə demirlər?”

Qeyd edək ki, Şəbnəm Tovuzlu şəhid xəbəri aldığı gün İsraildə keçiriləcək konsertini ləğv etdiyini və üç min dollar behi geri qaytardığını bildirmişdi.