Azərbaycan mədəniyyətinə ağır itki üz verib

127 Baxış

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ömrünün 82-ci ilində vəfat edib.

Turanmedia.az xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev bildirib.

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.

Azərbaycan musiqisi mədəniyyətinə, incəsənətinə böyük töhfələr vermiş bəstəkar Ruhəngiz Qasımovanın lirik, vətənpərvərlik mövzulu çoxsaylı mahnıları, musiqi əsərləri var. Onun “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qonşu qonşu olsa…” musiqili teletamaşaları tamaşaçıların böyük rəğbətini qazanıb və hər nəslin sevilən ekran əsərinə çevrilib.

R.Qasımova 16 sentyabr 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına, 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 17 sentyabr 2019-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülüb.

Allah rəhmət etsin!