Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aydın Tağıyevin “Vətən marşı”nı sənətkarlar birlikdə ifa etdilər – Video

90 Baxış

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist, yazıçı Aydın Tağıyevin müəllifi olduğu “Vətən” şeirinə musiqi bəstələnib.

Turanmedia.az 525.az-a istinadən xəbər verir ki, “Vətən marşı” adlanan bəstə üçün klip də ərsəyə gətirilib. Klipin ssenarisi və sözləri Aydın Tağıyevə, əsərin bəstəkarı və musiqi prodüsseri Camal Qurbanova məxsusdur. Musiqi əsərini Xalq artisti Alim Qasımov, Əməkdar artist Şölə Səfərəliyeva və tanınmış müğənnilər Amina Şirinova, Cavidan Fatehi, Anar Əhmədli, Tofiq Hacıyev və Murad Laçınlı ifa ediblər. Şeiri isə Aktyor Vüsal Murtuzəliyev səsləndirib. Klipin istehsalı “Kingstar Production” və “Lua Media” şirkətlərinə məxsusdur. Rejissoru isə Ramal Nəsiblidir.

Eyni zamanda klipdə tarda Samir Səlimov, kamançada Pərviz Əliyev, zərb alətlərində Vəfadar Ramiz, bass gitarada Hüseyn Əliyev, fon vokalda “Lua Family” ifa edirlər.

Qeyd edək ki, “Vətən Marşı” şeiri bir neçə ay öncə aktyorlar tərəfindən də səsləndirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678