Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Anar Kərimov Prezidentin tapşırıqlarını yerinə yetirə bilmədi”

62 Baxış

“Xalq artisti kimi yox, bir vətəndaş kimi deyirəm ki, bu gün Azərbaycan mədəniyyəti çox pis gündədir”.

Turanmedia.az xəbər ki, bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib.

20191017144050_99610900

O, Anar Kərimovun mədəniyyət naziri kimi fəaliyyəti dövründə heç bir irəliləyişə nail olunmadığını vurğulayıb: “Azərbaycanın mədəniyyət sahəsi həmişə göz qabağında olub. Anar Kərimovun dövründə heç bir inkişafı görə bilmədik. Prezident İlham Əliyev onun nazir vəzifəsindən azad olunması ilə bağlı Sərəncam imzaladı. Düzdür, cənab Prezident ona müəyyən tapşırıqlar vermişdi, amma görünür yerinə yetirə bilmədi və onu vəzifəsindən azad etdi. Təbii ki, belə məsləhət bildi və onu müzakirə etməyə dəyməz. Özü bilən məsləhətdir.

Bəzi nazirliklər var ki, onların gördüyü işi millət, kütlə görmür. Amma, mədəniyyət sahəsini milyonlar görür. Ola bilsin ki, çox savadlı bir şəxsdir, ancaq idarəçilik tamamilə başqadır. Hətta, bəzən bu sənətin yiyəsi də rəhbərliyə gələ bilər, lakin orada inkişaf yox, əksinə geriləmə olar. Yəni, idarəçilik də bir vergidir və hər adamın təşkilatçılığı olmaya da bilər”.

Qeyd edək ki, ötən gün mədəniyyət naziri Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678