Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putinin insanlığa sığmayan hərəkəti – Rusiya Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum etdi

64 Baxış

Ötən sutka ərzində Rusiya qoşunları Ukraynaya 31 raket və 12 hava zərbəsi endirib, həmçinin MLRS-dən 70-dən çox hücum həyata keçirib.

Turanmedia.az-ın məlumatına görə, TNS unian.net saytına istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Çerniqov, Sumı, Kiyev, Xmelnitski, Donetsk, Zaporojye, Nikolayev və Xerson vilayətlərinin mülki infrastrukturu zərər çəkib. Mülki itkilər barədə məlumat dəqiqləşdirilir”, – Baş Qərargah qeyd edib.

Bundan əlavə, düşmən İrana məxsus 13 ədəd “Şahed-136” PUA-nı işə salıb. Onların hamısı Ukrayna Müdafiə Qüvvələri tərəfindən məhv edilib.

“Düşmənin hava və raket zərbələri təhlükəsi Ukraynanın bütün ərazisində qalmaqdadır”, – Baş Qərargahdan bildirilib.

2022-ci il dekabrın 31-də günortadan sonra Rusiya Ukraynaya növbəti raket hücumu həyata keçirib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, düşmən Xəzər dənizindən 20-dən çox qanadlı raket və yerüstü raket sistemləri buraxıb. Onlardan 12-si vurulub.

Nikolayevə hücum nəticəsində 7 nəfər yaralanıb.

Partlayış səsləri Kiyevdə də eşidilib. Paytaxt meri Vitali Kliçko Rusiyanın paytaxtdakı mülki obyektlərə hücumu nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib. 14 nəfər xəstəxanaya yerləşdirilib, 6 həkim hadisə yerində yardım göstərib.

Daha sonra gün ərzində həyata keçirilən kütləvi raket hücumundan sonra Rusiya Ukrayna ərazisinə kamikadze pilotsuz təyyarələr buraxıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678