Rus ordusuna daha bir zərbə: 500 ölü və yaralı

15 Baxış

Xerson rayonunun Çulanovka kəndi yaxınlığında Rusiya ordusunun xeyli canlı qüvvəsi məhv edilib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Dekabrın 31-də Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən Xerson vilayətinin Çulanovka qəsəbəsi ərazisində düşmənin canlı qüvvə və hərbi texnikasının vurulması təsdiqlənib. Düşmənin 500-ə yaxın ölü və yaralısı var”, – məlumatda deyilib.

Yanvarın 1-də Ukrayna ordusu Xerson vilayətinin Fedorovka qəsəbəsi ərazisində rus işğalçılarının şəxsi heyətini atəşə tutub. Rus ordusunun itkiləri dəqiqləşdirilir.

Qeyd edək ki, Donetsk ətrafında, Makeyevkada səfərbər olunan rus əsgərlərə HİMAR-dan dəqiq zərbələr endirilmiş, yüzlərlə rus əsgəri ölmüşdü.