Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İranın Azərbaycana hücum etmək, torpaqlarımızı işğal etmək planı var” – ŞOK AÇIQLAMA

76 Baxış

“Baş vermiş hadisə terrordur. Ancaq bu terroru digər terror hadisələrindən fərqləndirən ən əsas amil ondan ibarətdir ki, Azərbaycanın İrandakı səfirliyinə hücumun arxasında olan terrorçu terror təşkilatlarına deyil, məhz İran dövlətinə aiddir. Videokadrlardan da görünür ki, onun məqsədi səfirliyin bütün əməkdaşlarını öldürmək olub. Sadəcə oradakı azərbaycanlıların qəhrəmanlığı nəticəsində terrorçunun arxasında olan qüvvələr tam olaraq öz məqsədilərinə çata bilməyiblər. Bu bir daha onu göstərir ki, İranın bugünku siyasi və dini hakimiyyəti Azərbaycan Respublikasını özünə düşmən elan edib”.

Turanmedia.az xəbər verir ki, bunu Tns-ə açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Politoloq qeyd edib ki, bu, Azərbaycana olan təhdidin bir hissəsidir. Bundan əvvəl onlar bir neçə dəfə səfirliklə bağlı da təhdidlər etmişdilər.

“Hazırki hadisələrdən belə bir analitik ehtimal çıxır ki, İranın Azərbaycana hücum etmək, torpaqlarımızı işğal etmək istəyi və planı da var. 44 günlük müharibəyə qədərki dövrdə İran Azərbaycanı özünə təhdid bilsə də, qırmızı xətti keçmirdi. Ancaq biz Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdikdən sonra İran Azərabaycana qarşı tam olaraq radikal addımlar atmağa başladı.

Rusiyanın başının Ukraynaya qarışdığı bir zamanda Rusiya və İran arasında bölgədəki kurasiya məsələsi ilə bağlı şifahi anlaşma bir kənarda qalıb. Bundan istifadə edən İran Araz çayının digər tərəfində aktiv şəkildə Azərbaycana qarşı təhdid planları həyata keçirir”, – Zaur Məmmədov bildirib.

Politoloqun sözlərinə görə, mövcud hadisə onun deməyə əsas verir ki, Azərbaycan Türkiyə ilə bağlı çox qəti addımlar ata bilər.

“Türkiyənin ölkəmizdəki hərbi varlığını daha da gücləndirmək lazımdır. Əgər sabah Azərbaycana hücüm olarsa, Türkiyə məhmətçiyi İran ordusunun qarşısında dura bilər. Bu hadisə bir daha İranın iç üzünü açdı. Azərbaycanda bundan sonra İranla bağlı əməkdaşlıqlar dayandırmalıdır. Öz evlərində, ofislərində Xameyninin portretlərini, İranın atributlarını asanlar utanmalıdırlar. Bu saatdan etibarən İranla əlaqəsi olan bütün şəxslərlə bağlı ciddi tədbirlər görülməlidir”, – Zaur Məmmədov əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678