Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çexiya Ukrayna texnikalarını təmir edəcək

66 Baxış

Çexiya Ukraynaya məxsus zirehli texnikaları təmir edəcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çexiyanın “VOP CZ” müdafiə şirkəti Ukraynanın “Ukroboronprom” şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb.

Çexiyada hansı avadanlığın təmir olunacağı və hansı həcmdə olacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Çexiya Rusiyanın işğalından sonra zirehli transportyorlar, T-72 tankları və haubitsalar göndərərək Kiyevin əsas silah təchizatçılarından birinə çevrilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678