Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“O, qələbə qazanmağımız üçün hər şeyi edəcək” – Kiyevə gizli səfərin detalları açıqlandı

55 Baxış

“Ukraynanın Rusiya ilə müharibədə qələbəsi üçün atılan ən güclü addımlardan biri ABŞ prezidenti Co Baydenin Kiyevə gizli səfəridir. Ukrayna qalib gəlmək üçün lazım olanı alacaq”.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Viktor Andrusev deyib.

Ekspert ABŞ liderinin bununla Ukraynaya qələbə xəbərini gətirdiyini iddia edib.

“Bu, ümumi tendensiyada bir addımdır, onun mahiyyəti belədir: Qərb bu müharibəni Ukraynanın qələbəsi ilə bitirmək qərarına gəlib. Yəni Baydenin səfəri o deməkdir ki, bizim qələbəmizdən başqa heç bir Koreya ssenarisi, Rusiya ilə hər hansı yardımçı danışıqlar olmayacaq. Ona görə də bu, bizim və bütün dünya üçün böyük siqnaldır. Əminəm ki, bu addımdan sonra çox vacib olanlar əldə ediləcək. Bu il mütləq bizim qələbəmizlə başa çatacaq, bunu ABŞ prezidentinin səfəri də təsdiqləyir”, – ekspert bildirib.

Andrusevin sözlərinə görə, gündəmdə Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli artilleriya və aviasiya vasitələri ilə təmin edilməsi məsələsi var:

“Əminəm ki, bu səfər bizə lazım olan hər şeyi alacağımıza sübutdur. Ola bilər ki, bu, o qədər də tez baş verməsin, amma azad dünyanın lideri şəxsən müharibə şəraitində olan ölkəyə gəlibsə, bu o deməkdir ki, həmin ölkənin qalib gəlməsi üçün hər şeyi edəcək”.(teleqraf.com)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678