Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynada müharibə necə bitəcək? – Paninin proqnozu

60 Baxış

Rusiyanı tərk edərək Ukraynaya dəstəyini açıq bəyan edən məşhur rus aktyoru Aleksey Panin müharibənin başa çatması ilə bağlı fikirlərini bölüşüb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, aktyor həqiqətin, eləcə də qələbənin Ukraynanın tərəfində olacağına şübhə etmir.

“Qəddafi və Çauşesku da nə vaxtsa bitəcəyini düşünmürdü. İndi də heç kim bu barədə düşünmür. Amma gələcəkdə Putinin özü öləcək, xalqını da ora sürükləyəcək”, – Panin bildirib.

Panin qeyd edib ki, müharibənin sonu ilə bağlı bütün təxminləri hələlik özünü doğrultmayıb, ona görə də heç bir tarix verə bilmir. Bununla belə, qələbənin Ukraynanın tərəfində olacağına əmindir.

“Müharibə həmişə gözlənilmədən bitir. Burada necə olacaq? Bildiyim odur ki, sonu olacaq. Müharibənin ilk günlərində hamımız müəyyən proqnozlar verə bilirdik, indi proqnoz vermək mümkün deyil. Amma bunun bitəcəyi hər kəsə aydındır, Ukraynanın qalib gələcəyi də hər kəsə bəllidir. Bu təbiidir, bunu hamı başa düşür. Putinin həm özünün, həm də başqalarının o dünyaya nə qədər rus və ukraynalı aparacağını ancaq Tanrı bilir”, – aktyor vurğulayıb.(Teleqraf.com)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678