Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukrayna ordusu Rusiya PUA-larını məhv edib

50 Baxış

Ukrayna hərbi aviasiyası Rusiya ordusunun cəmləşdiyi ərazilərə 11 zərbə endirib.

Turanmedia.az-ın məlumatına görə, Tns UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 26-da səhər hesabatında bildirib.

Ukrayna hərbçiləri düşmənə məxsus “Orlan-10” və “Superkam” tipli 2 PUA-nı məhv etməyə müvəffəq olub.

“Raket və artilleriya bölmələri öz növbəsində üç komanda məntəqəsini və düşmənin canlı qüvvəsi, silah və hərbi texnikasının cəmləşdiyi beş ərazini vurub”, – məlumatda deyilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678