İsrail dünyada ilk dəfə bu raketdən istifadə etdi

9 Baxış

İsrail dünya tarixində ilk dəfə olaraq strateji raketdən müdafiə sistemindən döyüş şəraitində istifadə edib. Bu, Yəməndən atılan raketin vurulması zamanı baş verib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Qırmızı dəniz bölgəsindən İsrail dövlətinə atılan “Yer-yer” tipli “Strela” raketi uzaqmənzilli müdafiə sistemi tərəfindən müvəffəqiyyətlə vurulub. Hərbi Hava Qüvvələrinin aşkarlama sistemləri raketin uçuş trayektoriyasını izləyib və onu maksimum dərəcədə effektiv şəkildə zərərsizləşdirib”, – məlumatda bildirilib.

Məlumata görə, bu gün döyüş şəraitində ilk dəfə istifadə edilən İsrailin “Arrow 3” raketdən müdafiə sistemi ABŞ ilə sıx əməkdaşlıq şəraitində yaradılıb. Sistem 2400 km-ə qədər məsafədə transatmosfer kinetik vuruş prinsipi əsasında işləyir. Standart “Arrow 3” radarı, versiyasından asılı olaraq 500 və ya 900 km-ə qədər məsafədə düşmən hədəfini müəyyən edə bilər.