HƏMAS-ın müdafiə xətti yarıldı

10 Baxış

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-ın müdafiə xəttini yarıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Daniel Haqari deyib.

“Quru əməliyyatı planlaşdırıldığı kimi davam edir. Qoşunlarımız Qəzza zolağının şimalındadır. Kəşfiyyat məlumatları və koordinasiyalı hava, dəniz və quru zərbələri sayəsində qüvvələrimiz Qəzza zolağının şimalında HƏMAS-ın cəbhə xəttini yarıb”, – o bildirib.