Atəşkəs olmayacaq, HƏMAS yox edilməlidir – İsrail

8 Baxış

İsrail hərbçiləri HƏMAS hərəkatını məhv etmək məqsədi ilə Qəzza zolağında hərbi əməliyyatlar keçirməyə davam edir, anklavda müvəqqəti atəşkəs mümkünlüyü nəzərdən keçirilmir.

Turanmedia.az Axar.az-a istinadən verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Haqari bildirib.

O, Qəzza zolağında müvəqqəti atəşkəsin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib:

“Hazırda atəşkəs konsepsiyası müzakirə edilmir. İsrail Müdafiə Qüvvələri HƏMAS-ı məhv etmək üçün müharibə aparır”.