Qəzza sakinlərinin 70%-dən çoxu köçkündür
11 Baxış

Qəzza şəhərində yaşayış binalarının yarıdan çoxu dağıdılıb, şəhər sakinlərinin 70%-dən çoxu isə köçkün düşüb.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndələri BBC-yə məlumat yayıb.
Qeyd olunur ki, Qəzzanın 35 xəstəxanasından 16-sı fəaliyyətini dayandırıb. Yeddi kilsə və 55 məscidə, həmçinin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinə aid 42 binaya ziyan dəyib.