İsrail Qəzzanı tam mühasirəyə aldı
13 Baxış

İsrail ordusu Qəzza şəhərini tamamilə mühasirəyə alıb və anklavı yarıya bölüb.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.
“Bu gün artıq Qəzzanın şimalı və cənubu var. İsrail ordusu hələ də mülki vətəndaşların Qəzzanın şimalını tərk edərək cənuba getməsinə icazə verəcək”, – o bildirib.
Qeyd edək ki, bundan öncə ÇAXAL-ın Qəzzanın dənizdən sahilinə çatdığı deyilirdi.