HƏMAS-ın ən mühüm məntəqəsi ələ keçirildi

22 Baxış

İsrail ordusu Qəzzanın Beyt-Xanun rayonunda HƏMAS-ın ən mühüm müdafiə məntəqələrindən birini ələ keçirib.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Aviçay Adrai deyib.

“Biz HƏMAS-ın ən mühüm müdafiə məntəqəsinə hücum edib, ələ keçirdik. Buradan xeyli kəşfiyyat məlumatları əldə etdik”, – deyə bildirilib.

Qeyd edək ki, bundan öncə İsrail ordusu HƏMAS-ın 20 komandirini zərərsizləşdirdiyini açıqlamışdı.