Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran Fələstini İsrailə satır: rejim Qəzzada ifşa oldu

34 Baxış

Oktyabrın 7-də Həmasın hücumundan sonra Qəzzada başlayan və şiddətli mərhələyə keçmiş toqquşma iki sualı ön plana çıxardı:

– Müharibənin qazananı kimdir?

– Bu müharibə hansı gerçəkləri üzə çıxardı?

Birinci sualın cavab axtarışı oxları İranın üzərinə yönəldir: hərbi esakalasiya İsrailin daxilinə köçürüldü və bununla İrana müdaxilə məsələsi təxirə salınmış oldu; İsrailin ərəb ölkələri ilə münasibətlərinin normallaşması prosesi baltalandı;

Bu kontekstdə Həmasın hücuma təhrik edilməsində İranın rolu haqda irəli sürülən fərziyyələr haqsız sayılmaz. Xüsusilə hücumdan bir həftə öncə Həmas liderlərinin Tehranda İsrail və ərəb dünyasının münasibətlərinin pozulması üçün atılacaq addımları müzakirə etməsi fonunda bu versiyalar diqqət çəkir.

Və belə görünür ki, Həması hücuma təhrik edən İran kənara çəkilərək, axan qanı seyr etməkdən həzz alır. Əks təqdirdə, Fələstin məsələsini “qırmızı xətti” adlandıran molla rejimi çoxdan ikinci cəbhəni açmalı idi.

İkinci sualın cavabı məhz burada ortaya çıxır: Qəzzada baş verənlər İranın gerçək üzünü – ikiüzlülüyünü ifşa etdi. Və belə demək mümkünsə, İran fələstinlilərin qanı üzərindən siyasi divident əldə etməklə məşğuldur. Qəzzanın tablosu bunu ispat edir.

Həmasın hücumundan sonra hərəkətə keçən İsrail qruplaşmanı tamamilə məhv etmək hədəfini açıq şəkildə elan edib və ABŞ başda olmaqla Qərb ölkələrinin dəstəyini əldə edərək, bu hədəfinə doğru irəliləyir. Müharibənin Qəzzada yaratdığı mənzərə isə dəhşətlidir: körpələr, qadınlar və qocalar ölür, mülki insanlar yağan bombaların altında can verir, terror yuvası elan edilən məscidlər dağıdılır, milyondan çox insan qaçqın vəziyyətinə düşüb, bölgədə bütün infrastruktur darmadağın edilir;

Bəs, İran haradadır? Fələstin məsələsindən İslam dünyasında təbliğat məqsədilə istifadə edən mollalar niyə susur? Hər cümə İsrailin məhv ediləcəyini elan edən İran rejimi müharibəyə niyə müdaxilə etmir? Və ya İranın yaratdığı Hizbullah başda olmaqla proksi qüvvələr niyə İsrailə qarşı ikinci cəbhəni açmır?

Saullar çoxdur, bəlli olan cavab isə bir: İsraili məhv etməklə hədələyən İran rejimi “dəvəquşu” olmaq qərarına gəlib, hərçənd, gerçək üzü də ortaya çıxdı.

10 oktyabr: Həmasın hücumundan üç gün sonra İranın dini lideri Əli Xamneyi bəyan etdi ki, “bütün İslam dünyasının fələstinliləri dəstəkləmək öhdəliyi var”.

15 oktyabr: İranın xarici işlər naziri Hüseyn Abdullahian bildirdi ki, “İsrailə mesajımızı çatdırmışıq: Qəzzaya hücumlar dayandırılmasa, İran müşahidəçi kimi qalmayacaq”.

17 oktyabr: yenə Xamneyi elan etdi ki, “sionist rejimin cinayətləri davam edərsə, müsəlmanlar və müqavimət qüvvələri səbirsizləşəcək və heç kim onların qarşısını ala bilməz”;

Müharibənin başlanmasından indiyə qədər İran rejiminin saysız-hesabsız “xəbərdarlıqları” var, amma indiyə qədər heç bir praktiki addım atılmayıb. Axı İran üçün Fələstin məsələsi “qırmızı xətt” idi və bu nə az, nə çox, düz 44 ildir belədir.

44 ildir İran Fələstin məsələsindən İslam dünyasında öz mövqelərini gücləndirmək məqsədilə istifadə edir, xüsusilə ərəb ölkələrinə qarşı. “İsrail məhv ediləcək”, “Qüdsü azad edəcəyik” kimi bəyanatlar illərdir havada uçuşur. Hətta Fələstin məsələsinə görə İsraillə münasibətləri olan müsəlman ölkələrini təhdid etməkdən də çəkinmir. Azərbaycanın nümunəsində bunu zaman-zaman görmüşük.

Bu gün Qəzzada baş verənlərə görə İran 44 ildir hazırlaşdığı “İsrailə hücum” planını həyata keçirməli idi, amma molla rejimi ritorik bəyanatlardan başqa heç nə etmir. Əgər İran ikinci cəbhəni ABŞ-ın müdaxiləsi qorxusu ilə açmırsa, bunu onun əvəzinə proksi qüvvələri – Hizbullah edə bilər. Hizbullah lideri Nəsrullah isə Həmasın hücumuna görə məsuliyyətin fələstinlilərin üzərinə düşdüyü bəyan etdi. Yəni İran və proksi qüvvələri 44 ildir istifadə etdikləri fələstinliləri qorumaq məsələsi gələndə, yaxalarını kənara çəkirlər.

Bütün bunlar İran rejiminin İslam dinindən məhz siyasi məqsədləri üçün istifadə etdiyini ispat edir.

Birincisi, Fələstin məsələsi İran üçün yalnız İslam dünyasında mövqelərini gücləndirmək üçün bir alətdir;

İkincisi, İran “müsəlmanların müdafiəçisi” imicini məhz İslam ölkələrinə təsir etmək məqsədilə istifadə edir;

Üçüncüsü, Hizbullah və digər proksi qüvvələr İsrailə qarşı istifadə etmək, yaxud “Qüdsün azad olunması” məqsədinə nail olmaq üçün yox, məhz İranın müsəlman ölkələrində siyasi və digər maraqlarını icra etmək üçün yaradılıb;

Və baş verənlər – Həmasın hücuma təhrik edilməsi və İranın kənara çəkilməsi, o cümlədən, İsrailin Həmasla bağlı dəqiq informasiyalara malik olması və s. –İran Həmasa qarşı ABŞ və İsraillə əməkdaşlıq etdiyi şübhəsini də ön plana çıxarır.

Artıq Qəzza İran rejiminin ifşası məkanına çevrilib. Müsəlmanlar öldürülür, İran isə onların qanı üzərindən qazanc əldə edir. / axar.az /


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678