Rusiya bir ay ərzində 10 minə yaxın itki verdi
10 Baxış

Donetsk vilayətinin Avdeyevka bölgəsində bir ay ərzində rus işğalçıları on minə yaxın əsgər itirib.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib.
Zalujnın sözlərinə görə, bu müddət ərzində Ukrayna əsgərləri Rusiyanın 100-dən çox tankını, 250 digər zirehli texnikasını, 50-yə yaxın artilleriya sistemini və 7 Su-25 təyyarəsini məhv edib.