İsrail “Zeytun”un komando mərkəzini ələ keçirdi

7 Baxış

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində HƏMAS hərəkatının əsas batalyonlarından birinin komanda mərkəzi və bölmənin qərargahı da daxil olmaqla, əsas obyektlərini nəzarətə götürüb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.

“188-ci briqadanın əsgərləri “Zeytun” batalyonunun əsas obyektlərinə, o cümlədən “Qəzza şəhəri” briqadasının komanda mərkəzinə və batalyonun mərkəzi qərargahına nəzarəti ələ keçirib”, – məlumatda deyilir.

Qeyd edilir ki, “Zeytun” batalyonu anklavın şimalında Qəzza şəhərində fəaliyyət göstərən HƏMAS-ın əsas batalyonlarından biridir.