Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Korpus komandiri şəhid polkovnikin övladına dövlət bayrağını təqdim etdi – FOTO

128 Baxış

Şəhid Polkovnik Babək Səmidlinin dəfnində duyğulu anlar yaşanıb.

Belə ki, qəhrəman hərbçimizin dəfn mərasimindən sonra korpus komandiri, general-mayor Hikmət Həsənov B.Səmidlinin tabutu bükülmüş bayrağı onun oğluna verib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Qeyd edək ki, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678