Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağdamın “İmarət” stadionu minalardan təmizlənir – VİDEO

163 Baxış

İşğaldan azad edilmiş Ağdamda ərazilərin minalardan təmizlənməsi işləri davam edir.

Ağdamın məşhur “İmarət” stadionu da təmizliyinə başlanılmış ərazilərdən biridir.

Bununla bağlı videolar sosial şəbəkələrdə yayılıb.

Videodan göründüyü kimi, “İmarət”in əvvəlki halından əsər-əlamət belə qalmayıb.

Qeyd edək ki, “İmarət” stadionunun açılışı 1952-ci ildə olub. İşğala qədər Ağdamın “Qarabağ” komandası ev oyunlarını məhz bu stadionda keçirirdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678