Ermənistanda hökumət böhranı davam edir: Daha iki nazir müavini işdən çıxarıldı
127 Baxış
Ermənistanda eyni zamanda iki nazir müavini – Rafik Qriqoryan və Naira Marqaryan işdən çıxarılıb.
Müvafiq qərarlar hökumətin veb saytında dərc olunub.
Bildirilir ki, Ədliyyə nazirinin müavini Rafik Qriqoryan və İqtisadiyyat nazirinin müavini Naira Marqaryan istefaya göndərilib.
Xatırladaq ki, son bir həftə ərzində Ermənistanda altı nazir vəzifələrindən azad edilib.
Məlumat oxu.az saytından götürülmüşdür.