Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ATƏT sədri Qarabağla bağlı danışıqları Minsk qrupu çərçivəsində davam etdirməyə çağırdı

127 Baxış

Dağlıq Qarabağla bağlı danışıqlar vəziyyətin tam hüquqi həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməlidir.

TASS xəbər verir ki, bu barədə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında qrumun hazırkı sədri Edi Rama deyib.

“Döyüşlərin dayandığına sevindim. Müvafiq öhdəliklərin yerinə yetirilməsinin vaxtı çatıb.

ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesini bərpa etmək təşəbbüslərini tam dəstəklədiyimi bildirirəm.

Əhəmiyyətli danışıqlar davam etməlidir”, – o bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678