Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid atası: “Son danışığında dedi ki, mənimlə qürur duyacaqsan”

135 Baxış

“Davud hər zaman can atırdı ki, Vətənə olan borcunu yerinə yetirsin. Hərbi xidmətdə də həmişə fəal olub”.

Trend-in məlumatına görə, bunu şəhid Davud Qurbanovun atası Tariyel Qurbanov deyib.

Onun sözlərinə görə, oğlu Suqovuşanın işğaldan azad olunması üçün aparılan əməliyyatlarda iştirak edib:

“Oktyabrın 2-də zəng etdi. Mənimlə, anası ilə, qardaşı ilə danışdı. Dedi ki, narahat olmayın. Fəxrlə dediyi son sözü də bu oldu ki, ata, mənimlə qürur duyacaqsan. Biz Davudla fəxr edirik. Fərx edirik ki, bu şanlı qələbədə Davudun da payı var”.

Şəhidin anası Qənirə Hacıyeva da Davudun çox vətənpərvər olduğunu söyləyib:

“Həmişə deyirdi ki, mən qəhrəman olacam. Bayrağı yazı stolunun üstünə asmışdı. Onunla telefonla danışanda dedim ki, sənin bayrağını yuxarı qaldırmışam, pəncərədən asmışam. Dedi ki, as, ana, bizim bayrağımız həmişə yuxarıda olmalıdır. Mən qələbə ilə gələcəm, siz mənimlə fəxr edəcəksiniz. O, çox düşüncəli uşaq idi. Davud ölməyib, o, ancaq şəhid olub. Davud özü də mənə həmişə deyirdi ki, ana, şəhidlər ölmürlər, şəhidlər yaşayırlar”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678