Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azneft”in vətən müharibəsində iştirak etmiş əməkdaşları – FOTO

132 Baxış

SOCAR-ın “Azneft” İstehsalat Birliyi vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə bağlı paylaşım edib.

Sözügedən paylaşımı təqdim edirik:

“Haqq savaşında, haqq yolunda qalib gələn, torpaqlarını işğaldan azad edən, bütünləşən Azərbaycan bir daha öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Bu qalibiyyətin əsas müəllifi isə şanlı Ordumuz, igid əsgərlərimizdir.

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Vətən Müharibəsində iştirak edən qəhrəmanlarını siz də tanıyın.

H.Z.Tağıyev adına NQÇİ-də quyuların əsaslı və yeraltı təmiri üzrə usta vəzifəsində çalışan Sadiq Həsənov döyüşlərin ilk günlərindən düşmənlə üz-üzə dayanan qəhrəman neftçilərimizdəndir. Kəlbəcər uğrunda gedən döyüşlərdə yaralanan Sadiq bu gün müalicəsini davam etdirir. Allahdan ona şəfa diləyir, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq.

NQÇİ-nin Geoloji şöbəsinin rəisi Ənvər Həbibov isə Tərtər rayonu, Suqovşan, Talış kəndi, Füzuli rayonu istiqamətindəki döyüşlərdə aktiv iştirak edib. Düşmənə göz açmağa imkan verməyən Ənvər döyüş yoldaşları ilə birgə əsl igidlik, mərdlik nümunəsi göstərib.

44 günlük Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrud, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə vuruşan idarənin neftin kompleks hazırlanması və nəqli sahəsi, susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru Nicat Məmmədov adını Vətən Müharibəsinin qəhrəmanları sırasına yazdıranlardandır.

NQÇİ-nin quyuların əsaslı təmiri üzrə qazmaçısı Saleh Rəhmanov da şərəfli neftçi adını uca tutan, Vətənin oğul dediyi igidlərdəndir. Laçın, Qubadlı uğrunda gedən döyüşlərdə fəal iştirak edən Saleh ona tanıyanlara, doğmalarına, bütün xalqımıza böyük qürur, sevinc hissini yaşadıb. Tanrı sizə yar olsun.

Sizinlə qürur duyuruq!”


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678