Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Uzun müddət yaralı və komada olan əsgərimiz şəhid oldu

132 Baxış

Bu gün Siyəzən igid şəhidi Saatmirzə Feyruz oğlu Əzimovu son mənzilə yola salıb.

Modern.az-ın məlumatına görə, 23 yaşlı Siyəzən şəhər sakini Saatmirzə Əzimov bir neçə il əvvəl hərbi xidmətini başa vursa da, Vətənin dar günündə biganə qalmayıb.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Siyəzəndən cəbhəyə könüllü getmək istəyənlərin sırasında Saatmirzə öndə olub, təkid edərək könüllü vuruşlara qatılıb. Qarabağda gedən döyüşlərdə ağır yaralanan 23 yaşlı gəncin hətta bir müddət əvvəl şəhid olması xəbəri yayılıb. Amma yaralı olan Saatmirzə Əzimov uzun müddət hospitalda komada olub. Həkimlərin səyinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb.

Saatmirzə Əzimov ailənin tək oğlu olub, indi ailənin azyaşlı bir qızı qalıb.

Siyəzən İH başçısı Novruz Novruzov şəhidin cənazəsinə bükülmüş Azərbaycan bayrağını şəhidin atası Feyruz Əzimova təqdim edib. Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, Siyəzən İH və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon sakinləri iştirak edib. Şəhid Saatmirzə Əzimov Siyəzən şəhər qəbristanlığında dəfn olunub.

Ruhu şad olsun!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678