Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə Vətən üçün canından keçən şəhidimiz – FOTO

157 Baxış

44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanlardan biri də Şıxızadə Tural Ətraf oğludur.

2002-ci il, may ayının 30-da İsmayıllı rayonunun Diyallı kəndində dünyaya gələn Tural gənc yaşlarından idmanla məşğul olmağa başlayıb.

O, qol güləşi üzrə bir neçə dəfə ölkəmiqyaslı yarışlarda fərqlənməyi bacarıb və müxtəlif dərəcələr qazanıb.

2020-ci ilin iyul ayında hərbi xidmətə yollanan Tural Goranboydakı N saylı hərbi hissədə vətənə borcunu yerinə yetirməyə başlayır.

Sentyabrın 30-da Vətən Müharibəsinə qoşulan qəhrəman əsgərimizlə elə həmin gündən əlaqə kəsilir.

71 gün sonra, dekabrın 10-da şəhid olması haqqında xəbər çıxan Tural Şıxızadə dekabrın 11-də doğma kəndindı torpağa tapşırılır. O, Talış və Suqovuşan uğrunda gedən qızğın döyüşlərdə Vətən uğrunda canından keçir.

Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən Uğrunda” medalı ilə təltif olunan Tural daim həm yaxınlarının, həm də bütün Azərbaycan xalqının qürur yeri olacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678