Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Vətən uğrunda” medallı hərbçimiz yoldaşlarına su apararkən şəhid olub – FOTO

126 Baxış

44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrini darmadağın edərək, uzun illərdən bəri düşmən tapdağında olan tarixi dədə-baba torpaqlarımızı işğaldan azad edib.

30 illik vətən həsrətinə son qoymağı qarşılarına məqsəd qoyan oğullar bu amal uğrunda qəhrəmancasına canlarını fəda ediblər. 

Elə şəhid hərbi qulluqçu Balazadə Abdullayev də bu qəhrəmanlardandır. 

Şəhidimiz 1991-ci il Salyanda anadan olub. B.Abdullayev məktəbi bitirən zaman universitetə daxil olmasa da, bu il Türkiyədə ali təhsil almaq şansı əldə edib, amma təhsil almaq qismət olmayıb.

Ailəsi bildirib ki, şəhidimiz uşaqlıqdan vətənpərvər olub. Döyüşlərə getmək üçün könüllü yazılıb.

O, müharibədə olan zaman ailəsi ilə danışarkən ondan narahat olmamalarını istəyib.

B.Abdullayev oktyabrın 18-də Ağdərədə hərbçi yoldaşlarına su aparan zaman düşmənin hədəfinə tuş gəlib. 

Onun üç yaşında bir oğlu var.

Qəhrəmanımız “Vətən uğrunda” medalı ilə təltif edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678