Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lavrovdan Qarabağda Rusiya sülhməramlılarına təxribat məsələsi ilə bağlı AÇIQLAMA

113 Baxış

Rusiya Dağlıq Qarabağdakı sülhməramlılarına qarşı hansısa təxribat qeydə almayıb.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bunu TASS-a müsahibəsində deyib.

“Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyət normallaşmağa meyillidir. Bakı və İrəvanın öz öhdəliklərini yerinə yetirmək, vəziyyətin ümumi sabitləşməsi istiqamətində çalışmaq meylini məmnuniyyətlə qeyd edirik. Ortaya çıxan məsələlərin həllində tərəflərin göstərdiyi yüksək səviyyədə əməkdaşlığı qeyd etmək istəyirəm. Rusiya da öz növbəsində atəşkəsin təminatçısı funksiyasını məsuliyyətlə və effektiv şəkildə yerinə yetirməyə davam edir. Rusiya sülhməramlılarına qarşı hələ təxribat xarakterli hərəkətlər qeydə alınmayıb”, – deyə Lavrov bildirib.

Onun sözlərinə görə, yeganə pozuntu 13 dekabrda Rusiya sülhməramlılarının olmadığı təmas xəttində meydana gəlib:

“Sülhməramlı kontingentimizin komandanlığının azərbaycanlı və erməni tərəfdaşları ilə təmaslarda atdığı addımlar hadisənin böyüməməsinin qarşısını almağa kömək etdi”.

O qeyd edib ki, Rusiya atəşkəsin pozulmasının qarşısını almaq üçün hər cür səy göstərməyə davam edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678