Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DOST Agentliyinin əməkdaşları şəhid ailəsi ilə görüşüb, təqaüd kartını təqdim ediblər – FOTO

118 Baxış

DOST Agentliyinin əməkdaşları şəhid Emil Əhmədovun ailəsini ziyarət edib.

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov şəhidin ailə üzvlərinə başsağlığı verib, Vətən uğrunda canından keçən qəhrəmanların xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.  O, şəhid ailələrinin dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. 

Şəhidin həyat yoldaşı Vüsalə Əhmədovaya şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib. Ona, həmçinin şəhidin 15 və 13 yaşlarında iki övladına ailə başçısını itirməyə görə pensiya və ya müavinət təmin edilməsinin də nəzərdə tutulduğu bildirilib.  V.Əhmədova işsiz olduğu üçün məşğulluğunun təmin edilməsinə də dəstək göstəriləcək.

Ümumilikdə ailənin sosial vəziyyəti 1 saylı Bakı DOST Mərkəzi tərəfindən diqqətdə saxlanacaq, digər sosial dəstək tədbirləri ilə əhatə olunmaları üçün də işlər aparılacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678