Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Niyə məhz Füzulidə hava limanı açılacaq? – ŞƏRH

128 Baxış

“30 il işğal altında qalan ərazilərimizdə bir çox infrastruktur dağıdılıb. Ən vacib məsələ yol infrastrukturunun olmamasıdır. Bildiyimiz kimi, hazırda Tərtər-Ağdərə, Füzuli-Şuşa, Cəbrayıl istiqamətində yol çəkilişlərinə başlanılıb. Suqovuşan-Talış istiqamətində yeni yol artıq hazırdır və istifadəyə verilib”.

Bunu ekspert Ədalət Verdiyev Oxu.Az saytına açıqlamasında deyib.

Füzuli rayonunda hava limanının açılması bir çox suallara səbəb olub. Niyə məhz Füzuli?

Bu suala Ə.Verdiyev belə cavab verib: “Füzuli rayonunun həm Zəngilandan keçməklə Naxçıvana yaxın olması, həm Qarabağın digər rayonları ilə mərkəzdə yerləşməsi, həm də Bakıdan Qarabağa ən qısa yolun bu rayondan keçməsi məhz hava limanının burada olmasını şərtləndirir. Qarabağa turizm şirkətləri maraq göstərir. 30 il ərzində Qarabağın adının çəkilməsi dünyada insanların bu əraziyə marağını artırıb. Düşünürəm ki, bu baxımdan Füzulidə aeroportun tikilməsi çox vacib və çox doğru addım idi. Füzuli bundan sonra iqtisadi mərkəzə çevriləcək”.

Səbuhi Musayev


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678