Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı – RƏSMİ

171 Baxış

Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat açıqlayıb.

Qurumdan verilən məlumata görə, 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, altı uşaq olmaqla, 26 nəfər həlak olub.

138 nəfər yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edilib ki, hazırkı vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaq olub.

297 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaq olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678