Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Düşmənin qoruxulu kabusuna çevrilən Vətən müharibəsi qəhrəmanı – VİDEO

144 Baxış

44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərərək, tariximizə həkk olunan igidlərdən biri də polkovnik-leytenant Orxan Əkbərovdur.

“Report” şəhidin yaşadığı evdə olub, onun həyat yoluna nəzər salıb.

Ailəsi onun hələ uşaqlıqdan hərbiyə marağı olduğunu bildirib. Uşaqlıq, yeniyetmə və gənclik dövründə zəhmətkeşliyi və hərbiyə olan sevgisi onun sonradan peşəkar və düşmənin qorxulu kabusuna çevrilən hərbçi kimi yetişməsinə səbəb olub.

Elə bu sevgi onu əvvəlcə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və daha sonra peşəkar hərbçi kimi xidmətə aparıb.

Onun anası Sevil Abdullazadə deyib ki, Aprel döyüşlərinin tez bitməsindən gileylənən Orxan tezliklə müharibənin başlamasını və torpaqlarımızın azad olunmasını səbirsizliklə gözləyib.

Əkbərov Orxan Nadir oğlu 12 dekabr 1982-ci ildə Saatlı rayonunda anadan olub. 1989-1997-ci illərdə Saatlı rayonu 3 saylı orta məktəbdə, 1997-1999-cu illərdə isə Biləsuvar rayonu 1 saylı tam orta məktəbdə təhsil alıb.

O, orta məktəbi bitirdikdən sonra 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və 2004-2005-ci illərdə Təlim Tədris Mərkəzində ixtisası üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirib.

2005-ci ildən Azərbaycan Ordusunda kəşfiyyat tağımın komandiri vəzifəsində, 2007-ci ildən kəşfiyyat bölüyünün komandiri vəzifəsində, 2012-ci ildən bəri isə N saylı hərbi kəşfiyyat bölməsinin rəisi vəzifəsində işləyib.

O, işlədiyi müddətdə xidmətlərinə görə, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilib. Qəhrəman zabitimiz Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və bir sıra uğurlu hərbi əməliyyatlarda iştirak edib. Sonuncu dəfə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan Orxan şəhid olub və bununla da Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunması uğrunda müqəddəs missiyasını tamamlayıb.

Şəhid zabitimiz oktyabrın 6-da Biləsuvar şəhər qəbiristanlığında dəfn edilib.

Orxan Əkbərov göstərdiyi şücaətlərinə görə Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Onun iki övladı yadigar qalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678