Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur “yutuber” Gəncədə “savaşın gerçək üzü”nü ortaya çıxardı – VİDEO

160 Baxış

Məşhur türkiyəli “yutuber” Ruhi Çenet Azərbaycanla Ermənistan arasındakı münaqişəyə həsr olunmuş video hazırlayıb.

Beş milyona yaxın izləyici olan “YouTube” hesabında paylaşılan videonu çəkmək üçün Ruhi Çenet ölkəmizə səfər edib.

“Azərbaycan-Ermənistan savaşının gerçək üzü” başlıqlı videoda ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı hücumları, xüsusən Gəncəyə endirilmiş raket zərbələrinə münasibət bildirilib.

Ruhi Çenet həmçinin Gəncə şəhərində raket hücumu zamanı yaxınlarını itirmiş şəhər sakinləri ilə də görüşüb, videoda onların fikirlərinə geniş yer verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678